RU

“Fənərbağça" ilə çempionluq qazanmaq istəyirəm”

Braziliyalı qapıçı Ederson yeni klubu “Fənərbağça”ya keçidindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper əsas məqsədinin komandanı çempionluğa aparmaq olduğunu bildirib.

“Əvvəlcə deməliyəm ki, çox xoşbəxtəm. Bu, mənim üçün yeni və vacib bir çağırışdır. Həm klub, həm də şəxsi karyeram üçün böyük işlər görəcəyimizə inanıram. Burada olduğum hər anın dadını çıxarmaq istəyirəm. Məqsədim — çempion olmaq və komandaya maksimum töhfə verməkdir.

Rəhbərliklə görüşlər və mənə təqdim edilən layihə məni çox təsirləndirdi. Burada çox güclü futbolçular var. Üstəlik, illərdir tanıdığım dostlarım da bu komandadadır. Onlarla birlikdə meydana çıxmağı səbirsizliklə gözləyirəm. Biz birlikdə çox çalışacağıq və bu klubu zirvəyə daşıyacağıq. Azarkeşlərimizə mesajım budur: həmişə yanımızda olun və dəstəyinizi əsirgəməyin. Sizin dəstəyinizlə uğurlu mövsüm keçirəcəyimizə inanıram. Komanda yoldaşlarımla birlikdə çalışaraq ən yaxşı şəkildə qarşılıq verəcəyəm və klubumuzu çempionluğa aparacağam”

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edirdi. “Şəhərlilər”in heyətində 372 oyuna çıxan qolkiper 168 dəfə qapısını toxunulmaz saxlayıb. Bu müddətdə braziliyalı 18 titul qazanıb. Onun bazar dəyəri hazırda 20 milyon avro olaraq qiymətləndirilir.

Избранный
142
90deqiqe.az

1Источники