RU

İslam bankçılığına dair beynəlxalq seminar keçiriləcək

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), Türkiyənin Iğdır Universiteti və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzinin birgə tərəfdaşlığı ilə “Türkiyə təcrübəsində İslam banklarında vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üsulları” mövzusunda ödənişsiz seminar təşkil ediləcək.

QHT.az xəbər verir ki, seminar 17 sentyabr 2025-ci il tarixində UNEC-in I tədris korpusu – əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6) baş tutacaq. Tədbirin spikeri Iğdır Universitetinin dekanı, professor Mustafa Uçar olacaq.

Seminarda iştirak ödənişsizdir. Qeydiyyat üçün link vasitəsilə müraciət etmək mümkündür. Qeydiyyat 16 sentyabr 2025-ci il, saat 12:00-da başa çatacaq.

Əlavə məlumat üçün əlaqə nömrələri:

  • 077 767 24 67
  • 050 531 03 81
  • 012 432 71 75
Избранный
38
qht.az

1Источники