RU

Avstraliya rusiyalı rəsmilər və iş adamlarına sanksiya tətbiq edib - Siyahıda Rəhimov da var

Avstraliya hökuməti rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri öncəsi bir sıra rusiyalı rəsmilərə və iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, sanksiya siyahısına aşağıdakılar daxildir:

Moskva merinin müavini Maksim Liksutov

Rusiya Mərkəzi Bankının keçmiş birinci sədr müavini Kseniya Yudaeva

Fövqəladə hallar nazirinin müavini Denis Popov

Rusiya baş nazirinin keçmiş müavini Yuri Borisov

Tatarıstanın keçmiş prezidenti Radik Şamiyevin oğlu, milyarder Andreik Şamiyev

Milyarder Andrey Şamiyev

"Qara siyahı"ya həmçinin azərbaycanlı biznesmen İlham Rəhimov da salınıb. O, ictimaiyyət tərəfindən Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə aid şəxs kimi tanınır.

Avstraliya Xarici İşlər Nazirliyi bildirib ki, adıçəkilən şəxslər Ukraynanın işğalında iştirak və Rusiya daxilində insan haqları pozuntuları, o cümlədən siyasi repressiyalara görə məsuliyyət daşıyırlar.

Gülnar

Избранный
184
19
anews.az

10Источники