RU

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniyaHaşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycanilə İordaniya arasında 32 il öncə diplomatik münasibətlərinyaradılmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin yüksəksəviyyəyə çatdırıldığını, hazırda isə müxtəlif sahələrdəəməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlarınmövcud olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında parlamentlərarası əlaqələrinhazırki səviyyəsi yüksək qiymətləndirilərək, bu münasibətlərindərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluqqruplarının fəaliyyəti vurğulanıb. Spiker Sahibə Qafarova İordaniyaparlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işindəyaxından iştirakından məmnunluğunu bildirib.

Görüşdə Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülhprosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərininbeynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb,səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu bildirənİordaniyanın ölkəmizdəki səfiri Ömər Barakat Əl-Nahar görüşə görətəşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyimüddətdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsiistiqamətində görülmüş işlərdən danışıb. Səfir ölkələrimizarasındakı əlaqələrin daha da inkişafı üçün bundan sonra da səyləçalışacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Избранный
118
8
az.trend.az

9Источники