RU

Sumqayıtda hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək - Ayaz Hüseynov

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov bildirib ki, TƏBİB-in dəstəyi ilə regionlarda hemofiliyanın multidisiplinar müalicəsinə dair seminarlar davam etdirilir.

QHT.az xəbər verir ki, Ayaz Hüseynov bildirib ki, növbəti tədbir 5 sentyabr 2025-ci il tarixində Sumqayıt Tibb Mərkəzində təşkil olunacaq, seminarda müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislər iştirak edəcək:

"Hemofiliyanın multidisiplinar müalicəsinə dair elmi seminara dəvət olunan doktorlara 4 kredit balı veriləcək!
Məqsədimiz hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müalicəsində həkimlər arasında təcrübə mübadiləsini gücləndirmək, pasiyentləri maarifləndirmək və regionlarda müalicənin keyfiyyətini artırmaqdır.".

 

Pərvanə Fərhadqızı

Избранный
53
1
qht.az

2Источники