RU

Qəzzada ölənlərin sayı artıb

Son sutkada Qəzza zolağında İsrailin hücumları nəticəsində daha 113 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daha 304 nəfər yaralanıb.

Qeyd olunub ki, 2023-cü ilin oktyabrından bu yana Qəzzada ölənərin sayı 63 746 nəfərə çatıb, daha 161 245 nəfər yaralanıb.

 

Избранный
61
6
operativmedia.az

10Источники