RU

Böyük Britaniya Ramzan Kadırovun anasına sanksiya tətbiq etdi


Böyük Britaniya Çeçenistanın rəhbəri Ramzan Kadırovun anasını sanksiyalar siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, siyahı Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət İdarəsinin saytında dərc olunub.
Siyahıdakı məlumata görə, 1953-cü il təvəllüdlü Aymani Kadırovaya qarşı aktivlərinin dondurulması və və investisiya məhdudiyyətləri də daxil olmaqla sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısına əlavə edilməsinə əsas kimi Kadırovanın Axmat Kadırov Fondunun prezidenti kimi fəaliyyəti göstərilib.
Digər tərəfdən, Axmat Kadırov Fondunun özü də sanksiyalar siyahısına əlavə edilib.
Избранный
137
12
yeniavaz.com

10Источники