RU

Emil Vahabova vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.Metbuat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Emil Vahabov bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, magistratura təhsilini isə Lənkəran Dövlət Universitetində başa vurub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantura təhsilini davam etdirir. Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin müəllifidir. O, 2003–2023-cü illərdə Lənkəran rayonu M. Bağırov adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.

Избранный
102
metbuat.az

1Источники