RU

“Bakı-Taxıl”ın ötən il satışdan gəlirləri 23% azalıb

“Nadir Quliyev adına “Bakı-Taxıl” ASC 2024-cü ili 324 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 9 milyon 416 min manat təşkil edib. 2023-cü ildə “Bakı-Taxıl”ın satışdan gəlirləri 12 milyon 191 min manat olmuşdu ki, bu da illik müqayisədə 23% azalmadır.

31 dekabr 2024-cü il tarixinə “Bakı-Taxıl”ın cəmi aktivləri 16 milyon 601 min manatdan 16 milyon 823 min manata, cəmi öhdəlikləri 7 milyon 478 min manatdan 7 milyon 7 milyon 939 min manata çatıb, cəmi kapitalı isə 9 milyon 124 min manatdan 8 milyon 884 min manata düşüb.

Избранный
45
banker.az

1Источники