RU

Fransa Əsədin izinə düşdü: Səbəb bu hadisədir...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və daha 6 yüksək vəzifəli sabiq məmur barəsində beynəlxalq həbs orderi çıxarıb.

Globalinfo.az bildirir ki, bu barədə France24 məlumat yayıb.

Qərar 2012-ci ildə Homs şəhərinə endirilən bombardmanla əlaqələndirilir. Həmin hücum nəticəsində 56 yaşlı amerikalı jurnalist Meri Kolvin (The Sunday Times) və 28 yaşlı fransız fotojurnalist Remi Oşlik həlak olub.

Fransanın istintaq orqanları hadisəni mümkün insanlığa qarşı cinayət və hərbi cinayət kimi qiymətləndirirlər. Həbs orderi təkcə Bəşər Əsədə deyil, həmçinin onun qardaşı Mahir Əsədə, keçmiş kəşfiyyat rəhbəri Əli Məmluka və sabiq Baş Qərargah rəisi Əli Ayuba da şamil olunub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
144
globalinfo.az

1Источники