RU

Rusiya və Çin “Sibirin Gücü-2” qaz kəməri üçün memorandum imzalayıb

Lakin qiymət məsələsi hələ də açıq qalır, Pekin Moskvadan ciddi endirimlər tələb edir...

Poliqon xəbər verir ki, Rusiya və Çin yeni iri qaz kəmərinin tikintisi ilə bağlı memorandum imzalayıblar. Reuters Agentliyinin məlumatına görə, kəmərin kim tərəfindən inşa olunacağı və qazın hansı qiymətlə satılacağı hələlik dəqiq deyil.

Siyasi əlaqələrini “köhnə dostu” Vladimir Putinlə daha da gücləndirən Si Cinpin ABŞ-ın təzyiqlərinə baxmayaraq, Moskva ilə əməkdaşlıqdan imtina etmədiyini nümayiş etdirir. Bununla belə, “Sibirin Gücü-2” üzrə qiymət məsələsində irəliləyişin olmaması Çinin Rusiyadan əhəmiyyətli güzəştlər istədiyini göstərir.

Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, mövcud “Sibir Gücü” kəməri ilə tədarük həcminin illik 38 milyard kubmetrdən 44 milyarda qədər artırılması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, “Çinə qaz nəqli üçün «Sibir Gücü-2» kəmərinin və Monqolustan ərazisindən keçəcək «Soyuz-Vostok» tranzit kəmərinin tikintisi barədə hüquqi cəhətdən məcburi memorandum imzalanıb”.

Miller əlavə edib ki, qazın qiyməti ayrıca razılaşdırılacaq və bu amil layihənin dəyərini, həmçinin xərclərin tərəflər arasında necə bölüşdürüləcəyini müəyyən edəcək. Onun sözlərinə görə, Rusiyanın şimalındakı Bovanenkovo və Xarasavey yataqlarından başlayaraq Sibir vasitəsilə Monqolustan və daha sonra Çinə uzanacaq bu kəmər dünyada ən iri və ən çox sərmayə tələb edən qaz layihəsi olacaq.

Poliqon.info

Избранный
135
poliqon.info

1Источники