RU

Tanınmış iqtisadçı Odlar Yurdu Universitetinə prorektor təyin edildi

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunub.

QHT.az xəbər verir ki, professor Elşad Məmmədov uzun illərdir iqtisadi sahədə elmi araşdırmaları, analitik çıxışları və ictimai fəaliyyəti ilə tanınır. O, həmçinin müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərərək gənc mütəxəssislərin hazırlanmasına töhfə verib.

QHT.az kollektivi professor Elşad Məmmədovu yeni təyinat münasibətilə təbrik edir, ona Odlar Yurdu Universitetindəki fəaliyyətində uğurlar arzulayır.

 

Избранный
80
27
qht.az

10Источники