RU

Bank əmanətçilərinin depozit gəlirləri 7 ayda 700 mln. manatı ötüb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 717.4 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 47.1% və ya 229.8 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 487.6 milyon manat depozit faizi ödəmişdilər.

Qeyd edək ki, cari il avqust ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ( maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 36 milyard 650.9 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 2 milyard 814.1 milyon manat faiz gəliri əldə ediblər.

Избранный
111
3
apa.az

4Источники