RU

"Bu klubda oynama şansı əldə etmək mənim üçün böyük bir şərəfdir"

"Mançester Siti”nin yeni qapıçısı Canluici Donnarumma keçidlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, italyan qolkiper bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

"Mançester Siti" ilə müqavilə imzalamaq mənim üçün xüsusi bir anıdır. Dünyanın ən böyük istedadları ilə dolu bir komandaya qoşuluram və futbol tarixinin ən böyük məşqçilərindən birinin rəhbərlik etdiyi bu komandada oynayacağım. Bu, dünyada hər bir oyunçunun keçmək istədiyi bir klubdur!

Mən illər boyu "Mançester Siti"ni heyranlıqla izlədim, buna görə də indi bu klubda oynama şansı əldə etmək mənim üçün böyük bir şərəf və imtiyazdır. Yeni komanda yoldaşlarım, heyət və azarkeşlərlə tanış olmağı səbirsizliklə gözləyirəm. "Etihad" stadionunda oyun keçirmək mənim üçün çox xüsusi olacaq.

Gələcəkdə məni nələrin gözlədiyini çox maraqla izləyirəm və klubun daha böyük uğurlar əldə etməsi üçün hər şeyimi verəcəyimə söz verirəm”

Избранный
93
90deqiqe.az

1Источники