ABŞ-nin Pensilvaniya ştatında bir avtomobil festival üçün toplaşan izdihamın arasına girib və nəticədə 2 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yerli sakinlər ştatda keçirilən və 3 gün davam edən “Kipona Festivalı” üçün toplaşıblar.
Sürücünün avtomobili ilə festival iştirakçılarının arasına girməsi nəticəsində ilkin məlumatlara əsasən 2 nəfər xəsarət alıb.
Harrisburq polis rəsmisi Tomas Karter hadisə ilə bağlı verdiyi açıqlamada sürücünün nəzarətə alındığını, xəsarət alanların 1 uşağın və əlil arabasındakı 1 qadının olduğunu bildirib.