BAKI, 2 sentyabr. TELEQRAF
Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərə təmsilçisi “Vest Hem”in yeni baş məşqçisi ola bilər.
Teleqraf “The West Ham Way” nəşrinə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Qrem Potter klub daxilində böyük təzyiq altında düşdüyündən tezliklə işini itirə bilər.
Rəhbərlik Potterlə yolları ayıracağı təqdirdə, tanınmış portuqaliyalı mütəxəssisin xidmətlərinə müraciət edə bilər.
Xatırladaq ki, avqustun 29-da Türkiyə təmsilçisi “Fənərbağça” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Mourinyonu istefaya göndərdi.