RU

“Ay vicdansız, sən nə bilirsən milli maraq nədir?” – Deputatdan ŞOK status!!!

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev sosial şəbəkə hesabında son dərəcə kritik paylaşım edib. 7NEWS.AZ həmin paylaşımı olduğu kimi təqdim edir.

AXCP-nin bədnam sədri Əli Kərimli indi də buyurub ki, demə bəs, nə yaxşı, Hindistan veto hüququndan istifadə edərək bizim ŞƏT-ə qoşulmağımıza əngəl yaradıb. Yoxsa milli maraqlara zərbə (?!) vuracaqmışıq.
İnanın, əvvəl istədim bu yaramaza geniş bir cavab verim. Fəqət, sonra fikrimdən daşındım. Niyə? Çün, qəfil xatırladım ki, eyniadlı məxluq düz 2 ay əvvəl də Çinin inkişafdan qalması və dünyada ən zəif dövlət olması barədə "şizofren” yanaşma sərgiləmişdi.
Bu səbəbdən cavabım çox qısa olacaq. İki kəlmə üzərindən. Məhz iki kəlmə! 
Sən - ilk öncə ŞƏT-dəki təmsilçiliyə, orada dünyanın hansı güclərinin qərarlaşdığına, birləşdiyinə  bax - yaxşı bax - diqqətlə bax və....barı ondan sonra anla ki, (hərçənd, çətin anlayasan!) boş-boş danışmaqla, çərənləməklə, sərsəmləməklə özünü daha da bərbad, gülünc vəziyyətə salırsan. 
Sən – bu ölkədə, bu həyatda milli maraqlardan, mənəviyyatdan, vicdandan danışacaq ən son adamsan! Səbəbini də söyləyim: Çünki, zamanında liderini satmısan, şəxsi ambisiyaların naminə hər ləyaqətsizliyə imza atmısan, müxalifətçilik deyil, şərəfsizlik etmisən, xarici dövlətlərin, diplomatların, erməni diasporasının, Şvabelərin əlində oyuncağa çevirilmisən, öz kişiliyini hikkənə tapdatmısan, hakimiyyətə gəlmək üçün bütün alçaqlıqlara hazır olmusan, hər mərhələdə, hər dönəmdə "alqı-satqı” predmeti olmusan, "podoşva” olmusan, namərd olmusan, qisascıl olmusan, fürsətcil olmusan və ən əsası: Vətən xaini olmusan!
Ona görə də, nağılbaz gədə!
Sus və danışma.
Belə həssas və ciddi mövzular sənin kustar, bəsit ağlının, mənəviyyatının  "razmer”ində deyil... 
 
 
 
 

Избранный
188
7news.az

1Источники