PSJ-nin qapıçısı Canluici Donnarumma “Mançester Siti”nin futbolçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı italyanla 5 mövsümlük – 2030-cu ilə qədər müqavilə imzalanıb. Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. O, 161 oyun keçirib, 156 qol buraxıb.
Parislilərin tərkibində qapıçı 4 dəfə Fransa çempionu olub, iki dəfə Fransa kubokunu və üç dəfə Superkubokunu qazanıb.
Ötən mövsüm komanda Çempionlar Liqasının qalibi olub.