RU

Dehli Bakıya qarşı: strategiya əvəzinə qisas yanğısı

Bakı. Trend:

Çinin Tyançjin şəhərində keçirilən Şanxay ƏməkdaşlıqTəşkilatının (ŞƏT) sammiti rəsmi gündəmlə yanaşı, Avrasiyageosiyasətində bir sıra dərin struktur dəyişikliklərini dəaşkarladı. Əsas nəticə təşkilatın genişlənməməsi oldu ki, bu dakonsensus prinsipinin birbaşa nəticəsi idi.

İlk baxışdan quru bürokratik termin arxasında Hindistanınbeynəlxalq arenada radikal şəkildə dəyişən rolu və onunAzərbaycanla getdikcə güclənən qarşıdurması dayanır. Bu qarşıdurmaartıq kənar maraqlar toqquşması çərçivəsindən çıxaraq çoxtərəfliinstitutların fəaliyyətini sarsıdan amilə çevrilir.

Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü birtərəfli qaydadabloklaması əslində düşünülmüş strateji addımdan daha çox, Hindistanxarici siyasətində getdikcə açıq şəkildə özünü göstərən revanşistəhval-ruhiyyənin məhsuludur. Burada tarixi paralellər gözönündədir: daxildə zəiflik hissi yaşayan dövlətlər onu sərt və çoxvaxt məntiqsiz xarici mövqe ilə kompensasiya etməüyə çalışır,konkret maraqların təminindən çox rəqiblərin simvolik “cəza"sınayönəlirlər.

Dehli ilə Bakının qarşıdurmasının əsası “Azərbaycan - Pakistan -Hindistan” üçbucağında formalaşır. Azərbaycan müstəqilliyinin ilkillərindən İslamabadın Kəşmir məsələsindəki mövqeyini tamdəstəkləyir. Bu, yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, həmdə beynəlxalq təşkilatlarda ardıcıl səsvermə ilə təsdiqlənir. Bakımütəmadi olaraq Hindistanın Cammu və Kəşmir üzərində nəzarətimöhkəmləndirməyə yönəlmiş təşəbbüslərinə qarşı çıxır. CavabındaPakistan isə Azərbaycanın ərazi bütövlüyünə “dəmir-beton” dəstəknümayiş etdirir - istər hər iki Qarabağ müharibəsində, istərsə dəpostmünaqişə dövründə.

Dehli bu ittifaqı geosiyasi realizm məntiqində deyil, ideolojiprizmadan qəbul edir. Hindistanda iqtidarda olan, baş nazirNarendra Modinin rəhbərlik etdiyi "Bharatiya Canata" Partiyasınınhakimiyyəti dövründə Hindistan siyasəti hinduist “sivilizasiyaqalası” obrazı üzərində qurulub. Bu paradiqmada Pakistanla hərhansı yaxınlaşma praqmatizm deyil, Hindistan kimliyinə qarşıdüşmənçilik jesti kimi dəyərləndirilir.

Hindistanda islamofobiya meyllərinin artması faktlarlatəsdiqlənir. "Pew Research Center"in məlumatına görə, hinduistlərin64 faizindən çoxu İslamı “yad din” hesab edir, 2014-cü ildən sonramüsəlman icmalarına qarşı zorakılıq isə təxminən iki dəfə artıb. Budaxili dinamika birbaşa olaraq xarici siyasətə də proyeksiyaolunur. Hindistan diplomatiyası artıq rasional maraqlardan deyil,ideoloji revanşizmdən çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dair açıq şəkildəbildirib: “Bizim üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”.Bakının bu yanaşması Dehlinin məntiqi ilə kəskin kontrast təşkiledir: Azərbaycan Pakistan və Türkiyə ilə strateji dərinlik üzərindəittifaqa arxalanarkən, Hindistan bunun cavabında inciklik vəsimvolik intiqam xəttini seçir.

Klassik nümunə - Hindistan tərəfinin Azərbaycanın ŞƏT-əmüraciətini bloklamasıdır. Bu qərar faktların fonunda irrasionalgörünür. Son beş ildə Bakı Mərkəzi Asiyada mövcudluğunu fəalşəkildə genişləndirib: Qazaxıstan və Özbəkistanla ticarətdövriyyəsi 35 faizdən çox artıb, Azərbaycan Türkmənistanla stratejienerji sazişi imzalayıb, 2024-cü ildə isə Transxəzər marşrutu ilə 9milyon tondan artıq yük daşınıb. ŞƏT üçün Azərbaycanın qoşulmasıXəzər regionu ilə əlaqələrin güclənməsi və “Orta dəhliz”lənəqliyyat inteqrasiyası demək olardı.

Hindistan isə bu prosesi bloklamaqla əslində özünə qarşıoynayır. Cənubi Qafqazda təsir imkanlarını artırmaq, yeni enerji vənəqliyyat kanalları açmaq əvəzinə, Dehli dünyaya yalnız özzəifliyini nümayiş etdirir. Faktiki olaraq Hindistan zərbəniAzərbaycana yox, ŞƏT-in institusional güclənməsində maraqlı olanÇinə vurur. Nəticədə Pekin Pakistanın mövqeyini gücləndirmək üçünəlavə arqument qazanır ki, bu da avtomatik olaraq Hindistanıntəşkilat daxilindəki çəkisini azaldır.

Kontrast xüsusilə Pakistanla Ermənistanın yaxınlaşmasınümunəsində aydın görünür. İslamabadla müttəfiqlik münasibətlərinəbaxmayaraq, Bakı bu prosesə mane olmadı. Hətta 2023-cü ildə İrəvanvə İslamabad arasında diplomatik münasibətlərin qurulmasıAzərbaycan-Pakistan oxuna kritik təsir göstərmədi. Bu, Bakınınyetkinliyini göstərir: o, qısamüddətli emosional reaksiyalardandeyil, uzunmüddətli sabitlik kateqoriyalarından çıxış edir.

Hindistan isə tam əksinə davranır. O, bloklayır, sabotaj edir,təcrid edir - amma konstruktiv gündəm irəli sürmür. Nəticədə Dehliözünü təsir alətlərindən məhrum edən dövlət mövqeyinə düşür.

Mövcud vəziyyət heyrətamiz dərəcədə ABŞ-ın 1960-cı illərdə LatınAmerikasındakı siyasətini xatırladır. O zaman Vaşinqton Kuba vəsosializmdən doğan qorxu ilə bütün regionu təcrid etmiş, bununla dasovet təsirinin artmasına şərait yaratmışdı. Hindistan eyni səhvitəkrar edir: strateji genişlənmə əvəzinə ideoloji düşmənçilikxəttini seçir və nəticədə bu siyasət ən çox onun öz əleyhinəişləyir.

Hindistanın “Ermənistana dəstək” bəyanatları strategiya deyil,Dehlinin köhnə anti-Pakistan və anti-Türkiyə ritorikasının yanməhsuludur. Halbuki region çoxdan başqa qaydalarla yaşayır:dəhlizlərə nəzarət, tranzit rəqəmləri, enerji kontraktları vədiplomatik mühəndislik. Burada şüarlar deyil, resurslar, müqaviləimzalamaq qabiliyyəti və çıxış imkanları önəmlidir.

Hindistan bu parametrlərin heç birində Cənubi Qafqazın “birinciliqasına” daxil deyil - və aşağıdakı faktların hər biri bunutəsdiqləyir.

Hindistan üçün Qafqaz istiqamətində yeganə real “quru” xəttiİran üzərindən - Beynəlxalq Nəqliyyat Dəhlizi (MTK) və Çabaharlimanı ilə bağlıdır. 2024-cü ilin mayında Hindistan İranlaÇabaharın istismarı üçün 10 illik müqavilə imzaladı. Amma ABŞdərhal sanksiya riskləri barədə xəbərdarlıq etdi. Bu isə Hindistanlogistikası üçün siyasi həssaslıq yaradır.

Kağız üzərində MTK marşrutu Süveyşlə müqayisədə yolu təxminən30–40% qısaldır. Amma real yük axınları İran infrastrukturundakı“boğaz” səbəbindən məhduddur. Halbuki Azərbaycanın Orta dəhlizi tambaşqa miqyas nümayiş etdirir: 2024-cü ildə TITR üzrə yükdaşımalar60% artdı, konteyner tranziti isə demək olar ki, iki dəfə böyüdü.Ələt limanı və modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu illik5 milyon tona qədər buraxılış gücü ilə fəaliyyəti bərpa etdi.Hindistan isə bu proseslərə heç bir aidiyyəti olmayan ölkədir.

2024-cü ildə Hindistanın Azərbaycanla ikitərəfli ticarəti 1milyard dollardan az olub, Gürcüstanla təxminən 200 milyon,Ermənistanla isə 200–300 milyon dollar civarındadır. Müqayisə üçün:təkcə Azərbaycanın Çinlə ticarəti 3,7 milyard dolları keçib.

Energetika daha da aydın göstəricidir. Avropa İttifaqı vəAzərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü iki dəfəartıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılaşıb. 2024-cüildə isə Avropaya artıq 13 milyard kub qaz göndərilib. Bu,infrastruktur və uzunmüddətli kapitaldır. Hindistan isə bu oyundayoxdur.

Hindistan həqiqətən də Ermənistanın silah təchizatçısınaçevrilib: Swathi radiolokasiya kompleksləri, Pinaka reaktivsistemləri, ATAGS artilleriya və Akash raketlərinin göndərilməsiplanları. Ümumi müqavilələrin dəyəri 1,5 milyard dollardan çoxqiymətləndirilir. Amma bu, strateji balansı dəyişmədi. 2023-cü ilinsentyabrında Azərbaycan cəmi bir sutkada Qarabağ üzərində nəzarətibərpa etdi, 2024–2025-ci illərdə isə danışıqlar sülh sazişimərhələsinə gəlib çatdı. Balansı silah yox, dəhlizlərə nəzarət vədiplomatik təşəbbüslər müəyyənləşdirir.

Daha önəmlisi, 2025-ci il sentyabrın 1-də Pakistan və Ermənistandiplomatik münasibətlər qurdu. Elə həmin gün Hindistanın Qafqazdakı“anti-Pakistan oyunu” məntiqi yoxa çıxdı.

Əsl danışıqlar platformaları Brüssel, Vaşinqton və birbaşa Bakıilə İrəvan arasında olub. ABŞ və Aİ vasitəçi, Türkiyə və Rusiya isəregional təminatçı rolunu oynayıb. Hindistan bu proseslərdə nəvasitəçi, nə də müşahidəçi kimi iştirak edib.

Energetika sahəsində Cənub Qaz Dəhlizi regionun əsas stratejilayihəsi kimi ön plana çıxır. Buraya 40 milyard dollardan artıqsərmayə qoyulub və Avropa ilə uzunmüddətli müqavilələr imzalanıb.Bu infrastruktur həm geosiyasi, həm də iqtisadi baxımdan regionungələcəyini müəyyənləşdirir. Hindistan isə bu mexanizmlərə çıxışimkanı olmayan ölkə olaraq kənarda qalır.

Ticarət müstəvisində Çin və Türkiyə artıq özlərini əsastərəfdaşlar kimi təsdiqləyiblər. Həm mal dövriyyəsi, həm də tranzithəcmləri durmadan artır. Azərbaycanın bu iki ölkə ilə iqtisadiinteqrasiyası ildən-ilə güclənir. Hindistanın göstəriciləri isəmüqayisə olunmayacaq dərəcədə zəifdir və regionun iqtisadixəritəsində real çəki qazandırmır.

Müdafiə sahəsində isə Türkiyə və Pakistan Azərbaycanlainstitusional çərçivələrdə möhkəmlənmiş əməkdaşlığa malikdirlər.Şuşa Bəyannaməsi və “üç qardaş” formatı artıq regionaltəhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilib.Hindistan isə bu mexanizmlərdə iştirak etmir və nəticə etibariləregional təhlükəsizlik sisteminin kənarında qalır.

Hindistan "ONGC Videsh" şirkəti vasitəsilə AÇQ konsorsiumunda vəBTC neft kəmərində iştirak edir. Bu, Azərbaycanla praqmatikmünasibətlərin əsası ola bilərdi. Amma Dehli bunun əvəzinəErmənistanı anti-Pakistan siyasətinin simvolik alətinə çevirdi.Nəticədə Hindistan regionun ən zəif halqasına siyasi kapitalyatırır.

Cənubi Qafqaz “düşmənimin düşməni mənim dostumdur” prinsipi iləişləyən meydan deyil. Burada qalib gələnlər real qovşaqlara - qazkəmərlərinə, limanlara, dəmir yollarına nəzarət edənlərdir.

Azərbaycan özünü əsas nəqliyyat-enerji mərkəzi kimimöhkəmləndirib, qaz ixracını artırıb və regionun tranzit xəritəsiniyenidən qurub. Hindistan isə birbaşa çıxışsız, İran üzərindənsanksiya riskli marşruta bağlı və cüzi ticarətlə kənarda qalıb.

Dehlinin Ermənistan xəttinə “Pakistan və Türkiyəyə qarşı alət”kimi güvənməsi sadəcə sadəlövhlük deyil - bu, Hindistanı regiondamarjinallaşdırır. Qafqazda rol qazanmaq üçün Hindistaninfrastruktur, kontraktlar və maraqlar balansı dilində danışmalıidi. Hazırda isə onun bu real oyunçular klubunda yeri yoxdur.

Tarixi təcrübə göstərir ki, böyük dövlətlər təsirinikoalisiyalar qurmaqla və pozitiv gündəm təklif etməkləgücləndiriblər. Əksinə, inciklik və intiqam üzərində qurulansiyasət tarixən iflasa məhkum olub. Roma müttəfiqlərinə hüquq vəinfrastruktur təqdim edirdi; Britaniya imperiyası, bütünziddiyyətlərinə baxmayaraq, ticarət və siyasi institutlarınsistemini formalaşdırmışdı. Müasir Hindistan isə böyük güc olmaqiddiası ilə çıxış edərkən, daxili sərtlik və dialoqa qapalı siyasətucbatından süquta uğrayan imperiyaların yolunu təkrarlamaq riskidaşıyır.

Azərbaycanın qarşısını kəsməklə Hindistan nə öz təhlükəsizliyinigücləndirir, nə də Pakistanı zəiflədir. Əksinə, özünü diplomatikdalana salır, potensial tərəfdaşları uzaqlaşdırır və Dehlinikonstruktiv şərik yox, qəfil gərginlik və qarşıdurma mənbəyi kimigörənlərin düşərgəsini gücləndirir.

Azərbaycan isə praqmatizm və strateji tərəfdaşlıq məntiqi iləhərəkət etməklə mövqelərini möhkəmləndirir, bir daha göstərir ki,dövlətin əsl gücü başqalarını bloklamaq qabiliyyəti ilə deyil,möhkəm və qarşılıqlı faydalı ittifaqlar qurmaq bacarığı iləölçülür.

Избранный
67
4
az.trend.az

5Источники