RU

“Ürək bulandıran, ucuz mövzulara əl atmaqdan başqa yolun qalmayıb”

İnfluenser Leyla Hüseynova (Leila Land) həmkarı Həmidə Səlimovaya (Hemistyle) söz atıb.

OLAY yazır ki, o, qonaq olduğu “Aikin talks” proqramında Heminin sözünü varlı göstərdiyini iddia edib:

“Allah eləsin gerçək olsun. Nə qazanıb, qazanmadığını bilmirəm, amma Həmidənin səhifəsinə baxanda elə bilərəm ki, dünyanın ən oliqarx insanıdır, çünki zövqü gözəldir, əcəb edirsən. Amma o qədər də varlı deyil”.

Həmidə Leylanı cavabsız qoymayıb. O, “Story” bölümündə həmkarına belə cavab verib:

“Başım səyahətə qarışmışdı, amma düşündüm ki, bu dəfə bu qeyri-etik atmacaya cavab verim. Çünki bəzən səssiz qalmaq qarşı tərəfin özünü haqlı saymasına səbəb olur. Əziz Leyla, sənin nə haqqın var ki, kiminsə gəlirini hesablayırsan?! Amma etiraf edim, bu cür cəsarətsiz və qeyri-etik addım da elə sənə yaraşar. İkincisi, həyat tərzimi “oliqarx həyatı” kimi təqdim etməyin sadəcə gülüncdür. Mən heç vaxt belə bir təbliğat aparmamışam. Səhifəmdə paylaşdıqlarım zövqümün göstəricisidir, sənə başqa cür görünürsə, bu artıq sənin daxili boşluqlarından irəli gəlir. Üçüncüsü və ən əsası, illərdir gündəmini qorumaq üçün ürək bulandıran, ucuz mövzulara əl atmaqdan başqa yolun qalmayıb. Bu dəfə də mənim üzərimdən gündəmə gəldin, eybi yox, halal xoşun.

Bu arada “fake” markalardan daha çox sən istifadə edib orijinal kimi göstərməyə çalışırsan. İndi kimdi özünü oliqarx kimi göstərən, sən ya mən?

Sənin dilindən desək “oliqarx həyatım”ın özəlliklərindən biri də mən ölkə xaricində olanda mesajlara baxmıram. Yazıb-silməyinə heç ehtiyac yox idi. Ən azı, söylədiyin sözlərin arxasında dura biləcək qədər möhkəm ol. Ümid edirəm, bu cavabım sənə kifayət qədər dərs olar və bundan sonra qeybətli söhbətlərlə deyil, işin və tərzinlə danışılarsan”.

Избранный
6
2
olay.az

3Источники