RU

Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, sentyabrın 17-dən 21-dək Bolqarlstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı” , “Zirə” və “Aznur” komandaları təmsil edəcək. 

Artıq klublarımızın rəqibləri də məlumdur. Çempionlar Liqasının son qalibi olan təmsilçimiz “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq.

Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq. Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur”  G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.  

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
4
cebheinfo.az

5Источники