
Təxminən 20 gəmilik flotiliya Qəzza sektoruna yollanarkən güclü fırtına səbəbindən Barselona limanına qayıtmağa məcbur olub. Aksiya iştirakçıları arasında isveçli iqlim fəalı Qreta Tunberq də var idi.Gəmilər avqustun 31-də dənizə çıxmışdı, lakin hava şəraitinin pisləşməsi səbəbilə təşkilatçılar təhlükəsizliyi təmin etmək üçün səfəri dayandırmaq qərarına gəliblər.“Biz bunu insanların həyatını qorumaq və missiyanın uğurla başa çatma şansını artırmaq üçün etdik”, — deyə Global Sumud Flotilla layihəsinin açıqlamasında bildirilir.Aktivistlərin Qəzzaya dəniz yolu ilə növbəti dəfə nə vaxt çatmağa çalışacaqları hələ məlum deyil.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi
Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq