RU

Bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir. 

Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, avqust ayı ərzində Nazirliyin İnsan resursları idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 34 vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Nurəngiz Adilqızı
XQ

Избранный
10
19
xalqqazeti.az

10Источники