RU

Zəngəzurdan sonra digər marşrutlar... “Məqsəd nədir? Pulumuz belə çoxdur?”

"Azərbaycan mətbuatında daha çox Zəngəzur dəhlizinin müstəsnalığını vurğulayırıq. Ancaq bunun Azərbaycan üçün əhəmiyyəti materik Azərbaycanla Naxçıvan arasında maneəsiz kommunikasiyadır. Yəni istər zaman, istər coğrafi məsafə baxımından o, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirən bir nömrəli kommunikasiya olacaq”.

Bu sözləri “Yeni Sabah”a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin sırf texniki imkanlarını Bakı-Tbilisi-Qarsla bərabərləşdirmək xeyli xərc çəkmək deməkdir: Toyuqlu pizza

“Müqayisə üçün Ələtə də yüklər gəlir. Yüklər Ələtdən Kürdəmirə gətirilərək, artıq Qazaxa yox, Horadizə, oradan Ağbəndə, oradan Naxçıvana, oradan isə inşası 2029-cu ilin sonuna doğru planlaşdırılan Dilucu-Qarş marşurtu ilə Türkiyə ərazisinə yüklər daşınmalıdır.

Nəzərə alaq ki, Bakı-Tbilisi-Qars layihəsi 2005-ci ildə təsdiq olunub və 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müqavilə imzalanıb. Onun işlək fəaliyyəti yalnız 2017-ci ildən etibarən başladı. Bundan əlavə, ötən ildən etibarən Bakı-Tbilisi-Qarsın modernizasiyası həyata keçirilib.

Zəngəzur dəhlizinin sırf texniki imkanlarını Bakı-Tbilisi-Qarsa bərabərləşdirmək istəyiriksə, xeyli xərc çəkməliyik. Təkcə Türkiyə hissəsinin 2 hissəli yolunun qiyməti 3.5 milyard dollar edir, Azərbaycanın öz ərazisindən keçəcək hissəsinin inşası üçün tələb olunan investisiya heç də az olmayacaq.

Məntiqi olaraq belə bir sual meydana çıxır: Tutaq ki, biz bu investisiyanı qoyduq, qazancımız nədir? Axı bu yol da gedib Qarsa birləşir”. 

Ekspert vurğulayıb ki, Ermənistan ərazisindən keçəcək yeni yol Gürcüstan ərazisindən daşınan quru yüklər müəyyən dərəcədə azala bilər:

“Mən hesab edirəm ki, Gürcüstandan daşınan quru yüklər müəyyən dərəcədə azala bilər. Çünki cənubdan yeni bir alternativ yaranır. Sadəcə Azərbaycan üçün bütün Qafqaz ölkələrini birləşdirən və Qafqaza bitişik Şərqi Anadoluda dairəvi kommunikasiya yaranır.

Bu kommunikasiya dəmiryolundan, avtomobil yolundan, yüksək gərginlikli elektrik xəttindən və qaz kəmərindən ibarət olacaq. Gürcüstan üzərindən keçən qaz kəməri 31 milyard kubmetr qazı ötürmək gücünə malik bir kəmərdir.

Bəs Naxçıvanla Türkiyə arasında bu ilin martında istifadəyə verilən Iğdır-Naxçıvan qaz kəmərinin ötürücülük qabiliyyəti nə qədərdir? 1.5 milyard kubmetr.

Gələk neft kəməri məsələsinə. Bakı-Tbilisi-Ceyhanı sökəcəyik, yaxud ona alternativ neft kəməri tikəcəyik? Məqsəd nədir? Pulumuz belə çoxdur?

Dövlət Neft Fondunda illik neftdən cəmi 5 milyard dollar pul gəlir. Mən çox təəccüb edirəm ki, Gürcüstan hökuməti səviyyəsində belə, nə qədər informasiya qıtlığı duyulur. Hazırda Azərbaycanın 2 neft kəməri Gürcüstandan keçir. Biri işləmir, Bakı-Tbilisi əsas ixrac boru kəməri isə işləkdir. Neft kəmərinin 1 kilometrinin dəyərini bilirsiniz?

Bu, ən azı 10-15 milyon dollardır. Məsələ bundadır ki, çoxlu fokuslanmış təbliğat və siyasi məqsədlər güdən informasiyalar var ki, onların təhlili faktiki reallığı ortaya çıxarmağa imkan vermir. Nəticə etibarı ilə, bu cür fantastik mülahizələr ortaya çıxır”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
6
1
yenisabah.az

2Источники