RU

Külli miqdarda pirotexniki vasitələr müsadirə edildi

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobildən gömrük orqanlarına bəyan olunmayan, ümumilikdə 247 qutu müxtəlif adda pirotexniki vasitələr və 350 qutu tütün məmulatı aşkar edilib.

Избранный
42
15
bakivaxti.az

10Источники