ain.az, Lent az portalına istinadən məlumat yayır.
İki ay öncə Saatlıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, 1952-ci il təvəllüdlü Teyyub Ağayev 2 iyulda yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlamasının elektrik naqilinə dəyərək yanması zamanı yanıq xəsarətləri alıb.
O, Bakı şəhəri Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.