Türkiyənin Muğla bölgəsinin Menteşe rayon bələdiyyə sədri, CHP-li Konca Köksal Arasın atasının evinə molotof kokteyli atılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə apartman tipli binada yanğın baş verib.
Hadisədən sonra əraziyə polislər gəlib:
Konca Köksal Aras
"Hadisəni törədən iki nəfər olub, onlar qaçarkən kameralara "yaxalanıblar". Hazırda onların tutulması istiqamətində əməliyyat tədbirləri başlayıb".
Xəbərdə o da deyilir ki, hücuma məruz qalan mənzil Arasın ailəsinə məxsusdur: "Hadisə zamanı Köksal Arasın anası və babası evdə olublar..."
Firudin Səfərli
MİA.AZ