RU

Masazırdakı yanğında iki nəfər ölüb (Video)

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın olub.Reyting.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.Baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb və bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb.Yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
4
reyting.az

10Источники