RU

Teylor Sviftin toyu "Netflix"də yayımlanacaq?

"Netflix" platforması dünya şöhrətli müğənni Teylor Svift ilə nişanlısı, amerikalı futbolçu Trevis Kelsi haqqında sənədli film çəkmək istəyir.

Publika.az xəbər verir ki, "The Sun" nəşrinin iddiasına görə "Netflix", həmçinin cütlüyün toyunu da yayımlamaq arzusundadır. Platforma toyla bağlı eksklüziv hüquqlar əldə etmək fikrinə düşüb.

Xatırladaq ki, Teylor Svift-Trevis Kelsi cütlüyü 26 avqustda nişanlandıqlarını elan ediblər. Onların nişan fotolarına gələn bəyənmə və şərhlərin çoxluğu səbəbilə "Instagram" çöküb.

Избранный
6
publika.az

1Источники