1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaponiyanın paytaxtı Tokioda suşi hazırlamaq üzrə dünya çempionatı keçirilib.
Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, yarış Yaponiya hökumətinin dəstəyi ilə yaradılmış Dünya Suşi Sənəti İnstitutu tərəfindən təşkil olunub.
Yarışın qalibi Norveçin paytaxtı Osloda yaşayan litvalı suşi ustası Ayris Zapaşnikas olub.
Ən dadlı və fərqli suşini hazırlayan aşpaz qələbəsini şərh edib. O bildirib ki, yarışda qaydalar çox sərt olub.
"Təyin edilən vaxta qədər suşini hazırlayıb təqdim etməlisən. Sizə ayrılmış vaxtdan artıq işləməyə davam edərsinizsə, yarışdan diskvalifikasiya olunacaqsınız. Əgər suşi ustası barmağını kəsərsə, o, avtomatik xal itirir. İstifadə etmədiyiniz balıq tikəsini atmaq balların silinməsinə səbəb olur. Yaradıcılığımızı, yeniliklərimizi göstərə bildik və qalib olduq", - Ayris Zapaşnikas bildirib.


