ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 27-nə keçən gecə Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən “Sərvət” şadlıq evində kütləvi dava-dalaş olub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları şadlıq sarayının həyətindən 3 nəfəri saxlayaraq şöbəyə aparıblar. Onların Sabirabad rayon sakinləri olması və Şirvanda keçirilən toy mərasiminə gəlməsi, burada spirtli içki qəbul etdikdən sonra dava-dalaş salmaları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib. Onlardan birinin Vətən müharibəsi qazisi olması məlum olub.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə saxlanılan şəxslərdən 2-si 8 sutkalıq həbs edilib, qazi isə 200 manat cərimə edilərək sərbəst buraxılıb.
Taleh Bağırov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.