RU

Fransada azyaşlılar 10 milyon avroluq qızıl oğurlayıb

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransada saxlanılan iki azyaşlının üzərindən 10 milyon avro dəyərində qızıl-zinət əşyaları çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, polis tunisli Paris sakinini və onun şərikini Lion qatar stansiyasında saxlayıb və onların üzərinə baxış keçirən zaman azyaşlılardan birinin alt paltarında gizlətdiyi 10 milyon avro dəyərində qızıl-zinət əşyaları aşkarlanıb.

Bunlar 5 milyon avro dəyərində boyunbağı, iki milyon avrodan yuxarı sırğa, bir milyon avro dəyərində üzük, həmçinin “Rolex” saatı və digər qiymətli aksessuarlar olub.

Bu əşyaların hamısının oğurlandığı güman edilir. Axtarış zamanı bıçaq da götürülüb.

Hazırda onlar mütəşəkkil cinayətkar qrup tərəfindən törədilən oğurluğu gizlətməyə cəhddə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
qafqazinfo.az

2Источники