RU

İlkay Gündoğan “Qalatasaray”a keçir

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubu oyunçunun transferinə razılıq verib. Gündoğan “Qalatasaray”la iki illik müqavilə imzalayacaq.

Qeyd edək ki, türk əsilli alman futbolçu 2016-cı ilin yayında “Mançester Siti”yə transfer olunmuşdu və 2023-cü ilə qədər “şəhərlilər”in heyətində çıxış edib. Daha sonra müqaviləsi başa çatan yarımmüdafiəçi “Barselona”ya keçmişdi. 2024-cü ilin yayında isə yenidən “Mançester Siti” ilə anlaşma əldə etmişdi. Onun İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Избранный
12
90deqiqe.az

1Источники