Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Macarıstanda doğulan, sonradan Britaniyaya köçən Buqner 1970-ci illərdə dünyanın ən güclü ağır çəkili boksçularından biri idi.  C.Baqner iki dəfə Böyük Britaniya və Birlik çempionu, üç dəfə Avropa çempionu olub. Hətta, Baqner, 1973-cü ildə Məhəmməd Əli və Co Freyzerlə 12 raundluq döyüşlər keçirib, dözümlülüyü ilə tanınıb.   C.Baqner peşəkar karyerası ərzində ümumilikdə 83 döyüş keçirib. Bunun 69-u qələbə (41-i nokautla), 13-ü məğlubiyyət və 1-i heç-heçə başa çatıb. 
1986-cı ildə o, Avstraliyaya köçüb, vətəndaşlıq alıb və ölkə çempionu olub.  Boksçu peşəkar rinqdə son döyüşünü 1999-cu ildə 49 yaşında keçirib. Buqner həmçinin aktyor kimi filmlərdə rol alıb və televiziya şoularında çıxış edib.