“Mançester Siti”nin türk əsilli alman yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” 34 yaşlı futbolçuya illik 5 milyon avro maaş təklif edib. İlkay bu şərtləri qəbul etdiyi halda, “şəhərlilər” onun transferinə mane olmayacaq.
Qeyd edək ki, təcrübəli orta sahə oyunçusu geridə qalan mövsümdə 54 matçda 5 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.