Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Ali Məhkəmənin, eləcə də Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türkiyədə səfərdədirlər.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Onlar səfər çərçivəsində Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər.