RU

İşıqforu gözardı edən sürücü piyadanı keçiddə vurub yerə yıxdı ANBAAN VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində piyadanın vurulma anı avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 1-də saat 15:05 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, “BYD” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən orta yaşlı qadını vurub. Belə ki, yolayrıcından sağa dönən sürücü yolu birinci keçən piyadaya yol verir. Lakin o, piyadanın arxasınca gələn qadını gözləmədən hərəkət edir və nəticədə onu vurur. Maşına çırpılan qadın zərbənin təsirindən yerə yıxılır. Xoşbıxtlikdən o, qəza zamanı xəsarət almır və ayağa qalxaraq yoluna davam edir.

Qeyd edək ki, hadisə baş verən zaman qəzanı törədən sürücü işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət edib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
96
avtosfer.az

1Источники