Son günlər sosial şəbəkələrdə Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb. Belə ki, yayılan məlumatlarda gediş haqqının 40-50 qəpik artırılacağı ilə əlaqədar iddialar yer alıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindn KİV-ə bildirilib ki, nazirlikdən sorğumuza cavab olaraq ölkədə hazırda gedişhaqlarının artırılması ilə əlaqədar müvafiq qərarın qəbul edilmədiyi bildirilib.
"İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, hazırda metroda gedişhaqqı 50 qəpik, paytaxtdakı avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.
ZÜMRÜD