Əfqanıstanın Nangarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 250 nəfər həyatını itirib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi 6 bal gücündəki zəlzələnin ölkənin Pakistan sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
Cəlalabad rayonunun 27 kilometr şimal-şərqində qeydə alınan zəlzələ yerin 8 kilometr dərinliyində baş verib.
Hadisə nəticəsində azı 250 nəfərin öldüyü, 500-dən çox insanın isə yaralandığı bildirilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.