RU

Nehrəmdə enerji 4 gün fasilə ilə veriləcək

Yazını böyüt
Yazını kiçilt

Naxçıvanın Nehrəm qəsəbəsində enerji verilişində dörd gün fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq "Nehrəm 1" hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-dək Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Избранный
136
13
hafta.az

10Источники