Bəs bahalaşma ən çox nədə özünü göstərir?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bu il bahalaşma 3-5 manat arası təşkil edir. Ən çox bahalaşma isə məktəbli çantası, karandaş və dəftərlərdir.
"Çantaların qiyməti 15 manatdan başlayaraq 60 manata qədərdir. Keçən il 20 manata satdığımız çanta bu il 25 manatdır. Karandaşlar isə 1 manatdan başlayaraq 10 manata qədər, termoslar isə 6 manatdan 20 manata kimidir".
Satıcılar isə qiymət artımını idxal mallarının bahalaşması və nəqliyyat xərcləri ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bazara çıxarılan bir çox məhsul xaricdən gətirilir.
Valideynlər də qiymət artımından şikayət edirlər. Xüsusilə bir ailədən bir neçə məktəblinin olması məsələn daha da ciddiləşdirir.
"Hər il daha da bahalaşma var. Bir uşaq üçün məktəb xərcimiz 130-150 manatdır".
Əgər ailədə uşaq sayı daha çoxdursa, bu daha da çətinləşir. Valideynlər kəskin maddi xərcə düşməmək üçün alış-verişi ardıcıllıqla edirlər.
Ekspertlər hesab edirlər ki, aztəminatlı ailələr üçün məktəbli ləvazimatlarının müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması bu yükü azalda bilər. Bəzi qeyri-hökumət təşkilatları və xeyriyyəçilər bu istiqamətdə kampaniyalar həyata keçirsələr də ehtiyac kifayət qədər böyükdür.
10Источники
-
olke.az1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR ( 20898076)
-
demokrat.azBir şagirdin məktəb xərci nə qədərdir? ( 20888413)
-
konkret.azBir şagirdin məktəb xərci nə qədərdir? ( 20887093)
-
day.azBir şagirdin məktəb xərci nə qədərdir? ( 20886442)
-
manset.az1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR ( 20885440)
-
news.milli.azBir şagirdin məktəb xərci nə qədərdir? ( 20885146)
-
milli.azBir şagirdin məktəb xərci nə qədərdir? ( 20885116)
-
turkustan.az1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR ( 20884636)
-
modern.az1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? QİYMƏTLƏR ( 20884285)
-
modern.az1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR ( 20884297)