RU

Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın SAYI

Yazını böyüt
Yazını kiçilt

Avqustun 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 6 tüfəng, 17 patron darağı və müxtəlif çaplı 1335 ədəd patron aşkar edərək götürüblər.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Избранный
66
49
hafta.az

10Источники