RU

The Times: Kraliça Kamillaya qarşı gəncliyində təcavüz cəhdi olub

Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamillaya qarşı gəncliyində qatarda zorlanma cəhdi olub...

Poliqon xəbər verir ki, bu barədə The Times qəzeti jurnalist Valentin Lounun "Güc və Saray" kitabına istinadən məlumat yayıb.

Müəllifin sözlərinə görə, ona bu hadisəni Boris Consondan öyrənən London meriyasının keçmiş kommunikasiya direktoru Quto Harri deyib. Keçmiş direktor qeyd edib ki, Kamilla 2008-ci ilin sonunda baş verənlərin təfərrüatlarını öz iqamətgahı Klarens Hausda auditoriya çıxışı zamanı açıqlayıb.

"Onlar (Kamilla və Conson-red.) açıq-aydın yaxşı anlaşırdılar. Conson sözün əsl mənasında ona nə qədər heyran olduğunu və onu bəyəndiyini deyirdi. Amma onun hələ məktəbli ikən cinsi zorakılığa cəhdin qurbanı olması barədə ciddi söhbətlər aparıblar", deyə Harri bildirib.

Sabiq direktor əlavə edib ki, hadisə gələcək kraliçanın 16-17 yaşı olanda baş verib. Həmin vaxt o, qatarda Paddington stansiyasına gedirmiş. Naməlum şəxs ona sataşmağa başlayıb, bundan sonra Kamilla ayaqqabısını çıxarıb və dabanı ilə ona vurub. O, daha sonra qatardan düşüb, hüquq-mühafizə orqanının əməkdaşını tapıb və təcavüzkarı ona göstərib.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники