AzVision.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata istinadən xəbər verir ki, zəlzələ UTC vaxtı ilə (UTC – Koordinasiya edilmiş Universal vaxt) saat 19:17-də 200 mindən çox insanın yaşadığı Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanın ocağı 35 kilometr dərinlikdə yerləşib.
Əfqanıstan Milli Televiziya və Radio Yayımları Şirkəti (RTA) yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, zəlzələ nəticəsində 500-ə yaxın insan həlak olub, ən azı 1000 nəfər yaralanıb. Lakin qurbanların çoxu dağıntılar altında qaldığı üçün ölənlərin sayı arta bilər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта