- Estoniya və Finlandiyanı birləşdirən “EstLink 1” sualtı elektrik ötürücü xəttində nasazlıq yaranıb.
Editor.az bu barədə İnterfaks-a istinadla yazıb.
Nasazlığın səbəbi Finlandiyada Espoo konvertor yarımstansiyasındakı nasazlıq olub.
Hadisədən sonra EstLink 1-in müvəqqəti bağlanmasına qərar verilib. Xəttin ən azı sentyabrın 1-də elektrik birjasında ticarət bağlanana qədər xidmətdən çıxması gözlənilir. Finqrid həmçinin qeyd edib ki, kəsilmə müddəti qeydə alınan nasazlığın detallarından asılı olaraq dəyişə bilər.
//Gülnarə Abasova, Editor.az