RU

Yayın ən səs-küylü transferi reallaşır: Rekord qırılacaq

İsveç millisinin hücumçusu Aleksander İsak "Nyukasl"ı tərk edərək "Liverpul"a keçməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Klublar 25 yaşlı futbolçunun transferi üçün 130 milyon funt məbləğində razılığa gəlib. Bu, İngiltərə Premyer Liqasının yeni rekord göstəricisi olacaq.

Bu gün İsak tibbi müayinədən keçmək və iyul ayında razılaşdırılmış uzunmüddətli müqaviləyə imza atmaq üçün Liverpula yollanacaq.

Beləliklə, yayın əvvəlindən davam edən ən səs-küylü transfer hekayələrindən biri başa çatır. "Nyukasl" hücumçunu satmaq istəmirdi, lakin oyunçu boykot elan etdi və nəticədə "sağsağanlar" onu məşqlərdən kənarlaşdırmalı oldu. İsak klub rəhbərliyini vədlərə əməl etməməkdə ittiham etmişdi. Futbolçu yeni mövsümün ilk oyunlarını buraxdığı vaxt klub onun əvəzinə"Ştutqart"dan Nik Voltemadeni heyətinə qatdı.

Избранный
55
publika.az

1Источники