Ajans.az TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 6 % çoxdur. Kipoi çıxış nöqtəsindən sentyabrın 2-dan 8-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, avqustun 26-na olan sifariş göstəriciləri ilə müqayisədə 4,37 % azdır. Avqustun 27-dən 29-na olan sifariş göstəriciləri ilə müqayisədə 4,27 % azdır. Avqustun 30-na və 31-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 4,28 % azdır. Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 1-dan 8-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb. Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 1-dan 8-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir. İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 1-də 301 milyon 940 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 25-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,9 % çoxdur. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 2-dan 8-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 26-na olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 4,6 % azdır. Avqustun 27-nə və 28-nə olan sifariş göstəriciləri ilə müqayisədə 4,49 %, avqustun 29-na olan sifariş göstəriciləri ilə müqayisədə 3,3 % azdır. Avqustun 30-nə və 31-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə təxminən 3,13 % azdır. Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb./report.az