RU

Qlobal Dirəniş Flotiliyası Barselonadan Qəzzaya yola düşdü

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu gün Barselonadan “Qlobal Dirəniş Flotiliyası” adlı dəniz konvoyu Qəzzə zolağına doğru yola çıxıb.

Sherg.az Euronews-a istinadən xəbər verir ki, konvoy İsrailin dəniz blokadasını yararaq humanitar yardımı çatdırmaq məqsədi daşıyır və qida, su, dərman kimi həyati ehtiyaclar ilə təchiz olunmuş təxminən 20 gəmidən ibarətdir. Gələcəkdə İtaliya və Tunis limanlarından qoşulan gəmilərlə flotiliyanın tərkibinin 70-ə qədər artacağı gözlənilir 

Bu ekspedisiya zamanı tanınmış aktivistlər, o cümlədən iqlim fəalı Qreta Tunberq və keçmiş Barselona meri Ada Colau da iştirak edir. 

Qeyd edək ki, bu, 2025-ci ilin dördüncü belə dəniz təşəbbüsüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
9
sherg.az

10Источники