RU

Husilər BMT nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıblar KİV

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ənsar Allah" (husilər) qiyamçı hərəkatının təhlükəsizlik qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) humanitar təşkilatın bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri BMT-nin Ümumdünya Ərzaq Proqramının Sənadakı ofislərində axtarışlar aparıb və işçilərdən birini saxlayıb. BMT agentliyinin nümayəndələri Yəmənin digər bölgələrində də həmkarlarının saxlanması barədə məlumat alıblar.

BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşının saxlanması İsrailin "Ənsar Allah" lideri Əbdülməlik əl-Husinin çıxışı zamanı husilərin nəzarətində olan Sənadakı hədəfləri vurmasından bir neçə gün sonra baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
5
sherg.az

6Источники