RU

Federasiya Kuboku yarışının qalibləri bəlli oldu

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışı keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, Teleqüllə yaxınlığındakı parkda təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Qəhrəman Hacızadə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, İbrahim Əliyev isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tahir Quluzadə, Toğrul Məmmədli və Ayaz İsgəndərli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Избранный
89
5
90deqiqe.az

8Источники